RU

Papa geri addım atdı: “Trampa cavab vermək istəmirdim”

Vatikan rəhbəri açıqlamalarının yanlış yozulduğunu bildirib.

Musavat.com xəbər verir ki, Roma Papası XIV Lev ABŞ prezidenti Donald Trampa cavab verdiyi barədə yayılan şərhlərdən narazı qaldığını açıqlayıb.

Papa bildirib ki, onun son çıxışları Trampın tənqidlərinə cavab kimi təqdim edilsə də, bu doğru deyil.

Söhbət xüsusilə onun Kamerunda səsləndirdiyi “dünyanı talayan bir ovuc tiran” ifadəsindən gedir. Papa qeyd edib ki, həmin çıxış Trampın onu “böyük fanatı olmadığını” deməsindən xeyli əvvəl hazırlanmışdı.

XIV Lev jurnalistlərə açıqlamasında deyib:

“Buna baxmayaraq, elə təqdim olundu ki, guya mən prezidentlə yeni mübahisə başlatmaq istəyirəm. Halbuki bu, məni qətiyyən maraqlandırmır”.

Pontifik vurğulayıb ki, o, siyasi polemikada iştirak etmək niyyətində deyil və əsas diqqətini sülh, humanitar məsələlər və dini missiyasına yönəldir.

Musavat.com

Избранный
14
musavat.com

1Источники