RU

İspaniya millisinin sabiq üzvü "Komo" ilə anlaşacaq

Bu mövsüm İtaliya A seriyasında uğurlu çıxış edən və hazırda turnir cədvəlində 5-ci pillədə yer alan, Çempionlar Liqasına vəsiqə qazanmaq istəyən klub heyətinə əl gəzdirəcək.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, İtaliya klubu aparıcı futbolçularından olan Serxi Robertonu komandada saxlamağı planlaşdırır. Tərəflər arasında ilkin razılığın olduğu bildirilir.

İspaniya millisinin sabiq üzvünün “Komo” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2024-cü ilin avqust ayından İtaliya klubunun formasını geyinir.

Serxi Roberto “Barselona”nın yetirməsi və sabiq futbolçusudur. 

 

saytlarin hazirlanmasi

Избранный
15
1
sportal.az

2Источники