RU

Astanada zəvvarlara 7,4 milyonluq kələk gələn fırıldaqçı məhkum edilib

Qazaxıstanın paytaxtı Astana şəhərinin sakini Ümrə ziyarətinin təşkili ilə bağlı saxtakarlıq fəaliyyətində təqsirli bilinib.

Musavat.com Arbat Media saytına istinadla xəbər verir ki, dələduz 17 nəfərdən bilet və otel üçün pul alıb.

Müstəntiqlərin sözlərinə görə, kişi özünü ziyarət səfərlərinin təşkilatçısı kimi təqdim edib və zəvvarlara sərfəli qiymətə aviabilet düzəldəcəyinə və otel sifariş edəcəyinə söz verib. Bu bəhanə ilə o, zəvvarlardan 7,4 milyon təngədən çox pul alıb, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

Zərərçəkənlər arasında Qazaxıstanın müxtəlif bölgələrindən olan ailələr də olub. Onlardan bəziləri öz yaşlı valideynlərini ziyarətə göndərməyi planlaşdırırdılar.

Məhkəmədə təqsirləndirilən şəxs günahını tam etiraf edib və dəymiş ziyana görə kompensasiya ödəyib. O, şərti azadlıq nəzarəti altında üç il müddətinə azadlıqdan məhrum edilib.

Prokurorluq xatırladıb ki, ziyarət təşkilatı xidmətləri yalnız lisenziyalı agentliklərdən alınmalıdır.

Onu da qeyd edək ki, Mərkəzi Asiya respublikalarında ənənəvi Həcc ziyarəti ilə yanaşı, Ümrəyə getmək də populyardır.

Musavat.com

Избранный
30
musavat.com

1Источники