RU

İran Hörmüz boğazını yenə bağladı

İran dünən açıldığını elan etdiyi Hörmüz boğazını yenə bağlayıb.

Heftelik.az xəbər verir ki, İranın Xatəmül-Ənbiya Mərkəzi Qərargahı İran Ordusunun Hörmüz boğazına hərbi nəzarəti bərpa etdiyini açıqlayıb.

Bu qərar ABŞ tərəfindən dəfələrlə “pozuntular”ın baş verməsi və “blokada adı altında piratçılıq” iddiaları ilə əsaslandırılıb.

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını yenidən bağlamaq qərarını tənqid edib. Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranın bu addımını “bir az hiyləgər davranış” kimi qiymətləndirib.

Onun sözlərinə görə, buna baxmayaraq Vaşinqton Tehranla danışıqları davam etdirir və proses müsbət istiqamətdə gedir: “Onlarla danışırıq. Günün sonuna qədər bu məsələ ilə bağlı əlavə məlumatımız olacaq. İran boğazı yenidən bağlamağa çalışıb, lakin bizi şantaj edə bilməz”.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazındakı vəziyyət və zənginləşdirilmiş uranla bağlı bir sıra iddialarını təkzib edib.

Parlament sədri bildirib ki, ABŞ Prezidenti bir saat ərzində yeddi iddia irəli sürüb və onların heç biri doğru deyil.

Qalibaf hamını İranın Xarici İşlər Nazirliyinin sözçüsünün son müsahibəsinə diqqət yetirməyə çağırıb. Həmin müsahibədə bildirilib ki, İran Trampın iddiasını əksinə, zənginləşdirilmiş uranı heç yerə köçürmək niyyətində deyil.

Избранный
19
heftelik.az

1Источники