RU

Kürün səviyyəsi qalxır –Riskli ərazilərdə nasos stansiyaları daşınır

Kür çayının aşağı axınında suyun səviyyəsi artmaqda davam edir.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, aramsız yağan yağışlar və dağlarda qarın əriməsi Kür çayının səviyyəsini Kürün aşağı axınınında son 3 gündə 70-80 sm artırıb.

Kür çayında daşqın təhlükəsi olmasa da, sahilboyu üzən nasoslar istisna olmaqla, su altında qalma təhlükəsi olan suvarma sistemləri idarəsinə məxsus iri stasionar su nasoları sudan çıxarılaraq kənara qoyulub.

Kürün səviyyəsinin kəskin artması Sabirabad, Salyan, Neftçala rayonlarında müşahidə edilir. Mütəxəssilər qeyd edir ki, Mingəçevir Su anbarında suyun səviyyəsini tənzimləmək məqsədilə anbardan suyun buraxılışı digər günlərə nisbətən çoxalıb. Su anbarına daxil olan suyun həcmi anbardan çıxan suyun həcmini üstələdiyindən buraxılışın həcmi saniyyədə 600 kubmetri ötüb. Bu da Kür çayının aşağı axınında suyun səviyyəsinin artmasına təsir edib. Digər tərəfdən Kür çayına qoşulan Girdimançay və Araz çaylarında da bol sululuq müşahidə edildiyindən yaxın günlərdə Kür çayında suyun səviyyəsi artmaqda davam edəcək.

Rayon ərazilərində Kür çayının daşması barədə məlumat yoxdur.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Mətbuat xidmətindən bildirilib ki, son günlər Kür çayında suyun səviyyəsində əhəmiyyətli artım qeydə alınıb. Mövcud vəziyyət əkin sahələrinə xidmət edən, çaydan sugötürən bəzi nasos stansiyalarının fəaliyyətinə təsir göstərib. Yaranmış risklərin qarşısını almaq və texniki qurğuların təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti tərəfindən riskli ərazilərdə yerləşən nasos stansiyaları müvəqqəti olaraq sahildən çıxarılıb və onların fəaliyyətində fasilələr verilib.

Qeyd edilib ki, bu addım mümkün mənfi təsirlərin və daha ciddi fəsadların qarşısının alınmasına yönəlib. Hazırda vəziyyət Xidmət tərəfindən daim nəzarətdə saxlanılır, eyni zamanda su təminatı alternativ mənbələr vasitəsilə davam etdirilir. Su səviyyəsi sabitləşdikdən sonra nasos stansiyalarının mərhələli şəkildə yenidən istismara verilməsi planlaşdırılır: “Vətəndaşlardan xahiş olunur ki, yaranmış vəziyyəti anlayışla qarşılasınlar və yalnız rəsmi məlumatlara etibar etsinlər. İctimaiyyətə mütəmadi olaraq əlavə məlumat veriləcək”.

Избранный
22
29
heftelik.az

10Источники