RU

İsveçrə brendi Mbappe ilə 30 min avroluq saat buraxdı – Foto


İsveçrə brendi “Hublot” Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe ilə əməkdaşlıq edərək, məhdud sayda saat kolleksiyası buraxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Şirkətin məlumatına görə, hər birinin qiyməti 29 400 avro olan bu saatlardan cəmi 200 ədəd satışa çıxarılacaq.
Şirkətin bildirdiyinə görə, saat korpusu cilalanmış 18 karatlıq “King Gold” qızılı və mikroblast üsulu ilə təmizlənmiş ağ keramikadan hazırlanıb.
Kolleksiya Mbappenin əsas heyətdə ilk qolunun 10-cu ildönümünə həsr olunub.
Qeyd edək ki, bu mövsüm hücumçu klubun heyətində bütün yarışlarda 39 oyunda meydana çıxıb, 40 qol vurub və 6 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalının məlumatına görə, onun transfer qiyməti 200 milyon avrodur.
Избранный
14
3
yeniavaz.com

4Источники