RU

Trampdan SON DƏQİQƏ İran AÇIQLAMASI

ABŞ prezidenti Donald Tramp şənbə gününün sonuna qədər ABŞ və İran arasındakı danışıqlarla bağlı müəyyən əlavə məlumatların açıqlanacağını gözləyir.

Musavat.com xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Günün sonuna qədər əlimizdə bəzi məlumatlar olacaq. Biz onlarla danışıqlar aparırıq və kifayət qədər sərt mövqe nümayiş etdiririk", - deyə Tramp qeyd edib.

Bununla belə, prezident konkret olaraq hansı məlumatların əldə olunacağına aydınlıq gətirməyib.

Trampın sözlərinə görə, İranla danışıqlar davam edir və müzakirələr müsbət məcrada irəliləyir:

"Biz İran haqqında bir qədər sonra danışacağıq, hazırda çox yaxşı söhbətlərimiz gedir. Hər şey çox uğurlu inkişaf edir".

Amerika lideri eyni zamanda xüsusi vurğulayıb ki, İrana Hörmüz boğazı ilə bağlı qərarları vasitəsilə "ABŞ-a qarşı şantaj etmək" müvəffəq olmayacaq.

Musavat.com

Избранный
23
musavat.com

1Источники