RU

Tofiq Bəhramov da mövsümün oyunu Heyətlər

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 28-ci turunun ikindi oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Sabah"ı qəbul edir.

Bu matçı mövsümün oyunu da demək olar. "Sabah" qalib gələcəyi halda böyük ölçüdə çempionluğun taleyi həll olunacaq. "Bayquşlar" tarixində ilk dəfə "qızıl"a bir addım da yaxınlaşacaq. Yox, ağdamlılar aktivinə 3 xal yazdıracağı halda Premyer Liqada intiriqa davam edəcək. Bu görüş ərəfəsində aktivində 66 xal olan qonaqlar turnir cədvəlinin zirvəsində qərarlaşıb. Onlardan 10 xal geri qalan və bir oyun az keçirən "Qarabağ" isə 56 xalla ikincidir. 

Qeyd edək ki, FİFA referisi Elçin Məsiyevin idarə edəcəyi qarşılaşmanın start fiti saat 19:30-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXVIII tur

"Qarabağ" – "Sabah" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab MəmmədovVAR: Tural QurbanovAVAR: Cəmil QuliyevHakim-inspektor: Şahin CəfərovAFFA nümayəndəsi: Azər ƏsgərovBakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ" 99. Mateus Koxalski 27. Toral Bayramov 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 18. Dani Bolt 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 55. Bədavi Hüseynov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 8. Marko Yankoviç 21. Aleksey Kaşuk 11. Emmanuel Addai 24. Jeremi Qnali

"Sabah" 92. Stas Pokatilov (k) 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 19. Aron Maluda

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 2. Amin Seydiyev 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 70. Cesse Sekidika 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 83. Stefan Ende

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
sport24.az

1Источники