RU

Kremldən Ağ Evə çağırış: Artıq danışmağın vaxtıdır

Amerikalıların Rusiya ilə iqtisadi münasibətlərin gələcəyini necə görəcəyini ABŞ-la müzakirə etməyin vaxtıdır. 

Ölkə.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatiya Forumundakı çıxışı zamanı deyib.

"Enerji dominantlığı (ABŞ üçün - red.) məqsədi müəyyən edilib. Buna baxmayaraq, düşünürəm ki, amerikalıların iqtisadi münasibətlərimizin gələcəyini necə gördükləri barədə söhbət üçün gecikmişik. Çünki onlar daim deyirlər: "Biz bunu Ukrayna ilə həll edəcəyik və sonra qarşılıqlı faydalı əməkdaşlıq üçün limitsiz imkanlarımız olacaq",- o, vurğulayıb.

Lavrov əlavə edib ki, lakin bütün bunlara baxmayaraq, bütün əlaqələri qadağan edən və hər kəsdən Rusiyanı təcrid etməyi tələb etməyə başlayan Baydendən fərqli olaraq, Prezident Tramp Oval Ofisə qayıtdıqdan dərhal sonra dialoqun lehinə çıxış etdi.

Mürtəza

Избранный
24
2
olke.az

3Источники