RU

Oman sahillərində növbəti gəmi insidenti baş VERDİ

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində gəmi ilə bağlı yeni insidentin baş verdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə mərkəzin açıqlamasında deyilir.

"UKMTO-ya Omandan üç dəniz mili (5,5 kilometr) şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Kapitan gəminin yaxınlığında su sıçrantıları gördüyünü bildirib" – məlumatda qeyd olunur.

Bildirilib ki, insidentin kruiz gəmisi ilə bağlı olduğu müəyyən edilib.

"Gəmilərə hər hansı şübhəli fəaliyyət barədə UKMTO-nu məlumatlandırmaları tövsiyə olunur" – məlumatda vurğulanıb.

Избранный
26
6
redaktor.az

7Источники