Vətən müharibəsi şəhidi Fikrət Zeynallının anası Qızxanım Sultanova vəfat edib.
Bizim.Media "Unikal"a istinadən xəbər verir ki, şəhid anası Tovuz rayonunun Aşağı Öysüzlü kəndində oğlunun məzarı yanında dəfn olunub.
Qeyd edək ki, Fikrət Zeynallı 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.
Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта