Bakı.Trend:
Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyatqəzasının baş verib və vətəndaşın avtomobildə sıxılı vəziyyətdəqalıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumatverilib.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi RiskliXilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılmasınəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsümüxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramışnəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü,1995-ci il təvəllüdlü Mahmudov Fikrət Habil oğlunu xilas edərəktəcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.