RU

Gələcəyin kuryerləri robotlar olacaq?

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son illərdə onlayn alış-verişin artması ilə, kuryerlik sektoru sürətlə inkişaf edib.

İnsanlar daha çox qida, geyim, elektronika və digər məhsulları evlərinə çatdırılmasını istəyir. Bu da kuryerlərin sayı və iş yükünü artırıb.

"Cebheinfo.az" xəbər verir ki, araşdırmalara görə, peşəsi ən çox gənclər, tələbələr və ikinci işdə çalışmaq istəyən insanlar arasında populyardır.

Bu sahəyə başlamaq asan olsa da, davamlı olaraq yüksək templi bir iş mühiti, fiziki çətinliklər və müştəri gözləntiləri ilə qarşılaşmaq bu işin asan olmadığını göstərir.

Kuryerlərin gündəlik gəliri çox zaman işə başlama vaxtı ilə bitmə vaxtı arasında dəyişir. Bəzi kuryerlər maaş əvəzinə yalnız verilən çatdırılmaların sayına görə ödənilir. Bu da onların qazancını qeyri-müəyyən edir.

Statistik rəqəmlər onu göstərir ki, şəhər mərkəzlərində bir çox kuryer gündə 25-30 sifarişi tamamlayaraq orta hesabla 50-100 manat qazana bilər. Amma bu rəqəm sifarişlərin növünə və çatdırılma məsafəsinə görə dəyişə bilər.

Çox sayda sifariş götürmək üçün kuryerlər, şəxsi həyatlarından, ailələrindən və sosial əlaqələrindən imtina etmək məcburiyyətində qalırlar. Günün çoxunu yolda keçirirlər və bu, onların psixoloji vəziyyətini zəiflədir. Bu peşə, çox vaxt yalnız maddi qazanc gətirmir, həm də həyat keyfiyyətini azaldır.

Çatdırılma işçiləri gün ərzində çox vaxt yolda olurlar və bu da onların fiziki olaraq yorulmalarına səbəb olur. Çox zaman müştərilərin sürətli xidmət gözləntiləri kuryerləri daha tez hərəkət etməyə məcbur edir, bu isə həm təhlükəli, həm də yorucu ola bilər.

Həmçinin, kuryerlər çox vaxt kəskin hava şəraitində, yağış, qar və ya isti havada işləyirlər ki, bu da əlavə çətinlik yaradır. Təəssüf ki, bəzi işçilər müştərilər tərəfindən zorakılıq və təhqirlərə məruz qalır.

Dəfələrlə, kuryerlər öz müştəriləri tərəfindən fiziki olaraq hücuma uğrayıblar, çünki bəzi insanlar "gözlənilən" çatdırılma xidmətini qəbul etmirlər.

Mütəxəssislər bildirirlər ki, texnologiyanın inkişafı ilə gələcəkdə kuryerlik işinin daha avtomatlaşdırılması mümkündür. 

Hazırda bir çox ölkələrdə robotlar və dronlar vasitəsilə qida və digər məhsullar çatdırılır. Məsələn, ABŞ-da “Starship Technologies və Wing” şirkətləri robotlar və dronlar ilə çatdırılma xidmətləri təqdim edir.

Çin isə bu sahədə daha irəliləyib və “Meituan” və “JD.com” kimi şirkətlər robotlar vasitəsilə genişmiqyaslı çatdırılma xidmətləri həyata keçirir.

Robotlar və dronlar bəzi çatdırılma xidmətlərini həyata keçirə bilsə də, amma insan kuryerlərin xüsusi işlərdə hələ də lazım olacağı gözlənilir. 

Gülər 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
cebheinfo.az

2Источники