RU

"Neftçi"nin kişilərdən ibarət voleybol komandası ölkə çempionatında bürünc medal qazanıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

"Far.Az"un məlumatına görə, bürünc medal uğrunda görüşdə "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gəlib.

Beləliklə, "ağ-qaralar" ölkə çempionatında bürünc mükafata sahib çıxıb.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).

Saat 16:00-da final qarşılaşması baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.

Избранный
44
far.az

1Источники