Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.
"Far.Az"un məlumatına görə, bürünc medal uğrunda görüşdə "Neftçi" və "Murov Az Terminal" komandaları üz-üzə gəlib.
Beləliklə, "ağ-qaralar" ölkə çempionatında bürünc mükafata sahib çıxıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəki qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).
Saat 16:00-da final qarşılaşması baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.