ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Ölkənin hazırda ən güclü olan iki komandası – “Sabah”la “Qarabağ” bu ay daha iki dəfə üz-üzə gələcək. Bu oyunlardan biri bu gün, digəri aprelin 22-də keçiriləcək. Ötən günlərdə Türkiyə nəhənglərindən “Qalatasaray” maraqlı təcrübəyə əl atıb - azarkeşlər və media üçün açıq məşq keçirib. Bəs bizimkilərin belə fikri varmı?Hər iki klubun mətbuat xidmətindən “Football-plus.az”a verilən məlumata görə açıq məşq nəzərdə tutulmayıb. “Qarabağ” belə ideya olacağı halda, rəsmi sayt və sosial şəbəkə hesablarında məlumat veriləcəyini bildirdi.MÜZƏFFƏR QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.