Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ” “Sabah”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev saytımıza bildirib ki, zədəli Bəhlul Mustafazadə ilə yanaşı, nizam-intizam qaydalarını pozduğu üçün əsas komandadan uzaqlaşdırılan Abbas Hüseynovla, Elvin Cəfərquliyev bugünkü görüşdə meydana çıxa bilməyəcək.
“Sabah” da matça itkilərlə çıxır. Cəzalı Umarali Raxmonaliyev və zədəli Pavel Şafranko oyunda forma geyinə bilməyəcək.
“Qarabağ” – “Sabah” qarşılaşması bu gün saat 19:00-da start götürəcək.