RU

İrandan sonra hədəfdəki Çin

Son günlər artan ABŞ-Çin gərginliyi dünyanın yenidən izlədiyi mövzular sırasındadır. Bəzi analitiklərin fikrincə, Yaxın Şərqdə “sular tamamilə durulduqdan” və İranla qarşıdurma aradan qalxdıqdan sonra bu dəfə Pekinlə Vaşinqton üz- üzə gələcək. Bu, nəzəri baxımdan mümkündür. Belə ki, hazırda baş verən bir sıra beynəlxalq problemlərin kökündə də məhz bu iki superdövlət arasında qarşıdurma dayanır. Bu baxımdan gərginliyin daha da güclənməsi gözləniləndir.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, praktiki baxımdan hərbi qarşıdurma real görünmür:

“Hər iki tərəf anlayır ki, bu ssenari onlardan heç birinə lazım deyil. Çin hərbi və texnoloji cəhətdən ABŞ-dən irəlidədir. Bu fərq gələcək illərdə özünü daha aydın göstərəcək. Buna baxmayaraq, rəsmi Pekin hərbi qarşıdurma istəmir. Hətta Çin Tayvanla bağlı hər nə qədər hərbi güc tətbiq etməyə hazır olduğunu bildirsə də, məncə, bunda da o qədər maraqlı deyil. Çünki rəsmi Pekin üçün prioritet olan iqtisadi inkişafdır. Və başa düşür ki, istənilən hərbi əməliyyat iqtisadi xərc deməkdir. Ona görə də mümkün qədər gərginliklərdən çəkinməyə, iqtisadi baxımdan inkişaf etməyə hazırlaşır.


Picture

Ümumiyyətlə, hazırkı vəziyyət soyuq savaşdan əvvəlki dövrü xatırladır. Sanki dünya Çin və ABŞ-nin rəhbərlik etdiyi iki qütbə bölünüb. Amma Çinin tərəfdarının sayı daha çoxdur. Müxtəlif layihələr, o cümlədən “Bir kəmər, bir yol” layihəsi Çinə dünyanın fərqli regionlardan xeyli tərəfdaş qazandırıb.Bütün bunları nəzərə alsaq deyə bilərik ki, Çin hərbi qarşıdurmada maraqlı deyil. ABŞ isə bu qədər böyük riskə getməz".

Cavanşir ABBASLI
Musavat.com

Избранный
21
musavat.com

1Источники