RU

Kroos “kral klubu”na qayıdır?

“Real Madrid”in keçmiş yarımmüdafiəçisi Toni Kroos “kral klubu”na potensial qayıdışı ilə bağlı xəbərlərə münasibət bildirib.

Publika.az xəbər verir ki, AS nəşri “Real” rəhbərliyinin dünya çempionunun idman strukturunun bir hissəsi olmasını istədiyini bildirmişdi. Kroosun klubla oyunçuları arasında əlaqə yarada biləcəyi vurğulanıb.

“Bu barədə heç nə deyə bilmərəm. Heç nə demək istəmirəm, çünki heç nə bilmirəm”, – Kroos “Einfach mal Luppen” podkastında deyib.

Избранный
18
publika.az

1Источники