RU

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib l FOTOLAR

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, həmçinin hər iki qurumun rəhbər heyəti və əməkdaşları iştirak edib. Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib. Qeyd edək ki, təşkil olunan ağacəkmə aksiyaları Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizdə ekoloji təşəbbüslərin təşviqi, ətraf mühitin qorunmasına ictimai diqqətin artırılması və yaşıllaşdırma tədbirlərinin davamlı şəkildə həyata keçirilməsinə xidmət edir.AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
23
6
azvision.az

8Источники