RU

Ceyhun Bayramov ruandalı həmkarı ilə görüşüb

2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Olivier Jean Patrick Nduhungirehe ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Görüş zamanı iki ölkə arasında ikitərəfli, həmçinin çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Coğrafi məsafəyə baxmayaraq, ölkələr arasında əməkdaşlığın inkişafının gündəmdə olduğu qeyd edilib və bu istiqamətdə siyasi məsləhətləşmə mexanizminin prosesə müsbət töhfə verdiyinə dair inam ifadə olunub.

Ruanda
Избранный
17
18
apa.az

10Источники