ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Kənar Dairəvi yolda avtomobildə yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Land Rover” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Avtomobilin digər hissələri yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.