RU

İran Hörmüz Boğazını yenidən BAĞLADI

İran ordusu strateji əhəmiyyətə malik Hörmüz Boğazının yenidən bağlandığını açıqlayıb.

Day.Az xəbər verir ki, rəsmi bəyanata görə, ABŞ tərəfindən tətbiq edilən dəniz blokadası və İran limanlarına qarşı məhdudiyyətlər aradan qaldırılmadığı üçün boğazdan keçidlər dayandırılıb.

Açıqlamada bildirilib ki, ABŞ İranla bağlı gəmilərə tam sərbəst hərəkət imkanı vermədiyi müddətcə Hörmüz Boğazı İranın nəzarətində qalacaq və keçidlər məhdudlaşdırılacaq. İran tərəfi bu addımı "təhlükəsizlik və qarşılıqlı tədbir" kimi əsaslandırır.

İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da məsələ ilə bağlı bildirib ki, boğazdan keçidlər yalnız Tehran tərəfindən müəyyən edilən qaydalar çərçivəsində həyata keçiriləcək.

O, mövcud vəziyyət davam edərsə, Hörmüzün tamamilə bağlı qala biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, dünya neft və mayeləşdirilmiş təbii qaz daşımalarının böyük hissəsi Hörmüz Boğazından keçir.

Bu səbəbdən qərar qlobal enerji bazarlarında ciddi narahatlıq yaradıb və ABŞ-İran gərginliyinin daha da artacağı ehtimalı gündəmdə qalır.

Избранный
18
day.az

1Источники