RU

Gürcüstanda çox sayda qanunsuz miqrant saxlanılıb

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentininəməkdaşları son günlər ərzində respublika ərazisində qanunsuzyaşayan 53 əcnəbini saxlayıb.

Trend xaricimediaya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuatxidmətinin məlumatında bildirilir.

Nazirliyin məlumatına görə, saxlanılanlar arasında Qana,Zimbabve, Hindistan, İordaniya, Keniya, Kuba, Rusiya, Türkmənistan,Türkiyə, Uqanda, Filippin və Efiopiya vətəndaşları var.

Hüquq-mühafizə orqanları qanunsuz miqrantların yaşadığı yerlərdəaxtarışlar aparıblar. Həmçinin onların iş yerləri yoxlanılıb vənəticədə onların ölkədə miqrasiya qanunvericiliyini pozaraqyaşadıqları müəyyən edilib. Hazırda bütün saxlanılan şəxslərmiqrantlar üçün nəzərdə tutulan müvəqqəti təcrid etmə mərkəzinəaparılıb, onların ölkədən çıxarılması istiqamətində işlərgörülür.

Gürcüstanda son vaxtlar qeyri-qanuni miqrasiyaya qarşı aktivmübarizə aparılır. Ölkə parlamenti miqrasiya qanunvericiliyinisərtləşdirərək deportasiya prosedurlarını və miqrantlarınyoxlanılması qaydalarını sadələşdirib

Məqalədə:
Избранный
25
3
az.trend.az

4Источники