RU

Hikmət Hacıyev venesuelalı nazir müavini ilə görüşdü

Hikmət
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb. 1news.az xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.
Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.

Избранный
9
15
1news.az

10Источники