RU

Ermənistanda seçkiyə müdaxilənin yeni forması...

"12 apreldə Macarıstanda keçirilən seçkilərdə baş nazir Viktor Orbanın məğlubiyyəti demək olar ki, Avropa İttifaqının və Ukraynanın qələbəsi kimi təqdim edilirdi. Hətta seçki öncəsi ABŞ prezidenti Donald Tramp publik şəkildə Viktor Orbana öz dəstəyini ifadə etmişdi. Fikirlər də var idi ki, Donald Trampın Viktor Orbana göstərdiyi açıq dəstək onun seçkilərdə uduzmasını şərtləndirən əsas amillərdən biri olub". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Müxalifətçi Pyotr Madyarın qələbəsi isə Avropa İttifaqının həm ABŞ, həm də Rusiya üzərində qələbəsi kimi təqdim edilsə də, Pyotr Madyarın ilk çıxışından sonra bəlli oldu ki, əlbəttə ki, Macarıstan Rusiya ilə bağlı Viktor Orbanın siyasətini dəyişmək niyyətində deyil. Pyotr Madyarın Viktor Orban tərəfindən qısa müddətdə qələbəsinin tanınması və onu təbrik etməsi müəyyən suallar doğururdu. Burada belə bir yanaşma da var ki, hətta Pyotr Madyarın hakimiyyətə gəlməsi Viktor Orbanın özünün iştirakı ilə formalaşmış seçki nəticəsi ola bilər. Seçilmiş baş nazir Pyotr Madyarın hakimiyyətə gətirilməsində Rusiya xüsusi xidmət orqanlarının mühüm rol oynadığı da deyilir.
Artıq Madyar çıxışında Ukraynaya münasibətin dəyişməyəcəyini, 90 milyard dollarlıq yardım məsələsinə müəmmalı açıqlaması, eyni zamanda "Drujba" neft kəməri ilə bağlı şərtlərin Viktor Orbanın yürüdüyü siyasətə uyğun şəkildə davam etdiriləcəyini bildirib.
Avropanın və "demokratiyanın" qələbəsi kimi təqdim edilən Pyotr Madyar fiqurunun açıqlaması ABŞ-İran müharibəsi fonunda Rusiyanın Ukrayna ilə bağlı planları kontekstində daha aydın görünür.
ABŞ-İran qarşıdurması Rusiyanın xeyrinə işlədiyi kimi, Macarıstan seçkisi də Avropa İttifaqı və bütövlükdə NATO üzərində üstünlük əldə etmiş kimi görünür (Artıq Avropa müstəqil şəkildə NATO-dan kənar öz təhlükəsizliyini təmin etmək niyyəti ilə bağlı fəaliyyətə başlayıb).
ABŞ-da Donald Trampın hakimiyyətə gətirilməsi, bundan əvvəl Gürcüstan nümunəsi və hazırkı Macarıstandakı seçki nəticəsinin analizi göstərir ki, Rusiya xarici siyasət kursunda "seçki"yə müdaxiləni fiziki deyil, "gizli siyasi fiqur" vasitəsilə həyata keçirir.
Ermənistan baş naziri Nikol Paşinyanın Moskva səfəri və Vladimir Putinlə görüşündə Putini qane etməyən açıqlamaları Ermənistanda bu ilin iyununda keçiriləcək seçkilərə müdaxilə ehtimalını əsaslı şəkildə artırıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
19
olaylar.az

1Источники