"Amazon MGM Studios" tərəfindən hazırlanan yeni "James Bond" filminin baş qəhrəmanı Ceyms üçün axtarılan xüsusiyyətlər bəlli olub.
Bizim.Media "NTV.com" a istinadla xəbər verir ki, həyəcanla gözlənilən filmdə son olaraq Daniel Qreyqin canlandırdığı məşhur Ceyms Bond rolunu kimin oynayacağı isə hələ də məlum deyil.
Bildirilir ki, filmdə yeni bir ulduz yaradılacaq və obrazı 20–30 yaşlarında, çox tanınmayan britaniyalı aktyor canlandıracaq.
Bu iddialardan sonra yeni Bond üçün Ceykob Elordi, Kallım Törner, Tom Holland, Ostin Batler və Qlen Pauel kimi adlar ön plana çıxıb.
Amazon MGM Studios-un kino bölməsinə rəhbərlik edən Kortni Valenti isə məsələ ilə bağlı susqunluğunu "CinemaCon"-da pozub.
“İndi bilirəm ki, hamınız Ceyms Bond rolunu kimin oynayacağını nə vaxt açıqlayacağımızı maraqla gözləyirsiniz. Çox həyəcanlanmayın. Xahiş edirəm bilin ki, biz bu mövzuya diqqətlə və böyük hörmətlə yanaşmaq üçün vaxt ayırırıq. Tamaşaçılara bu yeni mərhələni təqdim etmək hamımızın arzusudur və bu məsuliyyəti yüngül qəbul etmirik".
Yeni James Bond filmi üçün dünyanın müxtəlif yerlərindən güclü aktyor heyəti topladıqlarını vurğulayan Courtenay Valenti bildirib ki, film həqiqətən də Bond irsinə layiq bir layihə olacaq:
“O film gəlir və vaxtı çatanda paylaşacağımız daha çox məlumat olacaq”.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта