RU

Başlıbel faciəsinin ildönümüdür

Başlıbel

Bu gün Başlıbel faciəsinin ildönümüdür.Ulusum.az xəbər verir ki, 1993-cü ilin aprelin 18-də Ermənistanın Kəlbəcər rayonunu işğalı zamanı Başlıbel kəndində törətdiyi qırğından 33 il ötür.Hadisə zamanı aralarında qadınlar, uşaqlar, ahıllar və əlilliyi olan şəxslərin də olduğu dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirilib. Məlumata görə, kəndin 62 sakini xilas olmaq üçün mağaraya sığınsa da, onların yeri aşkarlanaraq silahlı hücuma məruz qalıblar. Sağ qalan şahidlərin ifadələrinə əsasən, qətliam zamanı bəzi sakinlər girov götürülüb, bir qismi isə bu günədək itkin hesab olunur. İşğaldan sonra aparılan araşdırmalar nəticəsində qətlə yetirilən şəxslərin qalıqları tapılaraq ekshumasiya edilib və ayrı-ayrılıqda dəfn olunub. Qeyd edək ki, Başlıbel kəndinin tarixi, mədəni və dini abidələri də işğal dövründə dağıdılaraq məhv edilib.

Diqqət Çəkənlər

Onun ölümündən 5 il keçir

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

Azərbaycan neftinin qiyməti 115 dolları ötdü

Избранный
19
ulusum.az

1Источники