RU

“Belə görürəm ki, “Neftçi”ni düşünən yoxdur” – Emin Mahmudov

“Məncə, futboldan danışmağın yeri yoxdur. Çünki biz başa düşürük ki, futbol oynamırıq, hakimlərə qarşı oynayırıq. Artıq neçənci dəfədir ki, eyni hal yaşanır. Hər oyunun sonunda top cərimə meydançamıza göndəriləndə gözləyirik ki, hakim nəsə edəcək ki, biz qələbə qazanmayaq. Yenə də çalışırıq, xarakter nümayiş etdiririk, lakin bu gedişlə bizə çətin olacaq. Bütün hallarda çalışırıq azarkeşlərimizin dəstəyi ilə avrokuboklara yollanaq. İndi yenə çıxıb deyəcəklər qapıçı epizodu görürdü. Ofsayt başqa necə olur, bilmirik. Dirsəklə zərbə necə olur, onu da bilmirik. Gah deyirlər dirsək penaltidir, gah deyirlər penalti deyil… Davam edirik, başa düşdük ki, nə qədər yaxşı oynasaq da, bizə çətinlik yaradacaqlar”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov “Zirə” ilə oyundan sonra hakim qərarlarıyla bağlı danışarkən deyib. O, daha sonra belə davam edib:

“Oyunçulara amma vermirlər. Ancaq bizim futbolçulara qırmızı vərəqə göstərilməlidir. Onlar bizim qabağımızda sevinsinlər, qırmızı vərəqələr isə bizə verilsin. Lakin görünən odur ki, bizə qırmızı vərəqələr göstərilir, oyunun vaxtı dəyişdirilir, indi isə məcburuq dörd gündən bir vacib oyuna çıxaq. Belə görürəm ki, “Neftçi”ni düşünən yoxdur. Özümüz ancaq özümüzü düşünməliyik”.

 

Избранный
6
1
idmanxeber.az

3Источники