RU

İran hava məkanını qismən açdı

BAKI, 18 aprel. TELEQRAF

İran hava məkanını qismən açıb və bəzi hava limanlarının fəaliyyətini bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.

Qurumdan bildirilib ki, İranın hava məkanının şərq hissəsində yerləşən marşrutlar beynəlxalq reyslər üçün açıq elan edilib.

Məlumata görə, bu addım bir sıra hava limanlarının fəaliyyətinin mərhələli şəkildə bərpası ilə müşayiət olunur.

Избранный
14
4
teleqraf.com

5Источники