İsveçrənin “Hublot” brendi “Real”ın və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə birlikdə limitli saat kolleksiyası təqdim edib.
Publika.az xəbər verir ki, satışa cəmi 200 ədəd çıxarılacaq. Hər bir saatın qiyməti 29,4 min avro təşkil edir.
Şirkətin məlumatına görə, saatın korpusu cilalanmış 18 karatlıq King Gold qızılından və mikroqum emalı ilə hazırlanmış ağ keramikadan hazırlanıb. Qeyd olunur ki, kolleksiya Mbappenin peşəkar səviyyədə vurduğu ilk qolun 10 illiyinə həsr olunub.