RU

Neftçalada QƏZA: Piyada ölüb, sürücü hadisə yerindən qaçıb

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az "Report"a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1941-ci il təvəllüdlü Vahid Nüsrət oğlu Həsənov yolu keçən zaman avtomobil onu vuraraq öldürüb.

Sürücünün hadisə yerindən yayındığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Избранный
1
3
7news.az

4Источники