RU

Hikmət Hacıyev Antalya Forumunda Burhanəddin Duranla görüşdü

BAKI, 18 aprel. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Türkiyə Prezident Aparatının Kommunikasiya rəhbəri Burhanəddin Duran arasında Antalya Diplomatiya Forumunda görüşü baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə tərəflər "X" sosial şəbəkəsindəki hesabında paylaşım ediblər.

B. Duran bildirib ki, Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətləri ortaq tarix və güclü əməkdaşlıq ruhu ilə hər sahədə möhkəmlənməkdə davam edir.

Burhanəddin Duran əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müəyyən etdiyi vizyona uyğun olaraq, Azərbaycanla sıx əməkdaşlıq davam etdiriləcək.

Hikmət Hacıyev isə "X" hesabında görüşlə bağlı paylaşım edərək Burhanəddin Durana təşəkkür edib: "Faydalı və səmərəli görüşümüz üçün təşəkkür edirəm, qardaşım".

Избранный
16
1
teleqraf.com

2Источники