RU

İnfantino 2026 cı il Dünya Çempionatının finalındakı yeniliyin təfərrüatlarını açıqladı

Oxumeni.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İnfantino 2026-cı il Dünya Çempionatının finalındakı yeniliyin təfərrüatlarını açıqladı

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) prezidenti Canni İnfantino bildirib ki, 2026-cı il Dünya Çempionatında ilk dəfə olaraq final matçının fasiləsində musiqi şousu keçiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə “Goal”məlumat verib.

Turnirin həlledici oyunu 19 iyulda Nyu-Cersidəki "MetLife" stadionunda planlaşdırılıb.

"Tarixdə ilk dəfə olaraq, 19 iyulda Nyu-York/Nyu-Cersidə keçiriləcək dünya çempionatının finalının fasiləsində şou olacaq. Kimin çıxış edəcəyini hələlik açıqlaya bilmirəm, lakin birdən çox ifaçı olacaq. Bu, Yerdəki ən möhtəşəm şou olacaq - fantastik," - İnfantino deyib.

2026-cı il Dünya Çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
oxumeni.az

2Источники