RU

Efirdə açdı ağzını, yumdu gözünü: “Bu vəziyyətə niyə gəlib çıxmışıq?” - VİDEO

Müğənni Yaşar Yusub həmkarlarının efirdə və ictimaiyyət qarşısında davranışı ilə bağlı fikirlərini bölüşüb.

"Cebheinfo.az" xəbər verir ki, sənətçi bu barədə “Gün ortası” verilişində danışıb.

O bildirib ki, tarixən müğənnilər cəmiyyətdə nümunə sayılıb, insanların geyimindən tutmuş danışıq tərzinə qədər bir çox sahədə onlara bənzəməyə çalışdığı şəxslər olub:

“Müğənni, açığı, dünyanın hər yerində ən bahalı geyinən, ən bahalı səhnəyə çıxan, insanlara nümunə olan şəxs kimi qəbul olunub. Hamı da ona baxıb, onun geyiminə, davranışına, danışığına uyğunlaşmağa çalışıb. Yəni müğənni cəmiyyət üçün bir örnək olub”.

Yaşar Yusub bəzi ifaçıların yersiz açıqlamalarına isə mənfi yanaşdığını gizlətməyib: 

“Müğənnilər çıxıb artıq əsassız, mənasız, yersiz danışanda mən şəxsən həmişə utanmışam. Elə hallarda baxa bilməmişəm, kanalı dəyişmişəm, narahat olmuşam ki, niyə bu vəziyyətə gəlib çıxmışıq. Düşünürəm ki, indi hər şey yaxşılığa doğru gedir, şükür. Amma nə olursa-olsun, ədəb-ərkan mütləq olmalıdır”.

"Cebheinfo.az"

Избранный
5
2
cebheinfo.az

3Источники