"Neftçi" Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, meydan sahibləri 90+4-cü dəqiqədə Brahim Konatenin vurduğu qolla hesabı bərabərləşdirib.
"Neftç" cəbhəsi qol zamanı "Zirə"nin müdafiəçisi Ruan Renatonun ofsaydda olduğunu deyir. Klub bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib:
"Bütün Azərbaycanın gördüyü ofsayd hakimlər və VAR-ın “gözündən yayındı”.
Yoxsa elə ssenari bu imiş?"
saytlarin hazirlanmasi