Azərbaycanın qadın futbolçulardan ibarət milli komandası bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxır.
Fanat.Az xəbər verir ki, Siyasət Əsgərovun komandası evdə Andorra ilə qarşılaşacaq.
Masazırda baş tutacaq görüş saat 17:00-da start götürəcək.
Təmsilçimiz bu rəqibini ötən həftə səfərdə yenməyi bacardığından bugünkü oyunun da favoritidir.
Bu gün qrupun digər oyununda Macarıstan Şimali Makedoniyanı qəbul edəcək.
Millimiz daha əvvəl qrupda Şimali Makedoniya (2:0), Macarıstan (0:1) və Andorra (3:1) ilə qarşılaşıb.
DÇ-2027
C3 qrupu, 4-cü tur
18 aprel
17:00 Azərbaycan – Andorra
Hakim: Vesna Miletiç (Bosniya və Herseqovina).
Masazır. "Bank Respublika Arena".
1. Macarıstan 3 2 1 0 6-0 7
2. Azərbaycan 3 2 0 1 5-2 6
3. Şimali Makedoniya 3 1 0 2 3-7 3
4. Andorra 3 0 1 2 1-6 1