RU

Latviyanın aqrar heyəti Azərbaycanda

Azərbaycanla Latviya arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün ölkəmizdə səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi heyət Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub.

Bildirilib ki, institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə maraqlanan qonaqlar buradakı müasir laboratoriyalar, eləcə də toxum emalı məntəqəsi, toxum təmizləmə sexi, toxum saxlanma anbarı, toxum satış mərkəzi, müasir istixana kompleksi və burada görülən işlərlə yaxından tanış olublar. Sonra tərəvəz, bostan və kartof bitkilərinin müasir seleksiyası, toxumçuluğun təşkili, səmərəli becərmə texnologiyası, bitkilərdə xəstəlik və zərərvericilər ilə inteqrir mübarizə yolları və digər məsələlərlə bağlı nümayəndə heyəti ilə müzakirələr aparılıb.

Pirşağıda Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun ərazisində ağacəkmə aksiyası da keçirilib. Qonaqlar 4 min 800 şam tingi hədiyyə edib.

XQ

Избранный
1
4
xalqqazeti.az

5Источники