RU

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanınAugusta limanında CIF bazasında əvvəlki göstəricidən 11,06 ABŞdolları və ya 9,6% ucuzlaşaraq 104,49 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumatverib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 10,5 dollar və ya 9,4%ucuzlaşaraq 101,33 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 11,22 dollar və ya 13,3% azalaraq 73,20 dollar/bareləbərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 17,01 dollar vəya 14,6% azalaraq 99,26 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin ortaqiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Избранный
12
4
az.trend.az

10Источники