İranla danışıqlarda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, ABŞ prezidentinin kürəkəni Cared Kuşner və ehtimal ki, vitse-prezident Ceyms Devid Vens iştirak edəcəklər.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp ABC-yə verdiyi müsahibəsi zamanı danışıb.
Bundan başqa Tramp əvvəllər İranla danışıqlar üçün yaxşı perspektivlər gözlədiyini vurğulayaraq, razılığa gəlmək üçün çox az fikir ayrılığının qaldığına əminliyini bildirib.
Tramp hələlik vitse-prezidenti ilə bu barədə danışmadığını deyib.