RU

Əhalinin NƏZƏRİNƏ - Bu ərazilərdə qaz olmayacaq

Bu gün Şəki şəhərinin 10-a yaxın küçə və prospektində eləcə də 4 kəndində mavi yanacağın verilməsi müvəqqəti dayandırılacaq. 

Zaqatala Regional Qaz İstismarı İdarəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səhər saatlarından Şəki şəhərinin Z.Əliyeva prospekti, R.Ocaqov, Sarabski, S.Mümtaz, Ə.Sultanov, P.Mustafayev, B.Vahabzadə, F.Abdurahmanov, Bağbanlar küçələri eləcə də yaxınlıqdakı Oxud, Qoxmuq, İnçə və Kiş kəndlərində ümumilikdə 9800 abonentin qaz təchizatı dayandırılacaq.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb prospektdə PE-315 mm-lik qaz xəttində Təmiz Qaz QSC tərəfindən aşkar edilmiş sızmanın ləğvi ilə əlaqədardır.

Qeyd edilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu 

Избранный
20
50
bizim.media

10Источники