RU

MKİ ona sui qəsd edə bilər, məlumatlar var Petro

Axar.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) prezidentliyə namizəd olan Kolumbiya senatoru İvan Sepedaya qarşı sui-qəsd cəhdinin hazırlanması barədə məlumatı var.

Axar.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro məlumat verib.

"Mərkəzi Kəşfiyyat İdarəsində namizəd İvan Çepedaya qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı real və konkret məlumatlar var", - Petro vurğulayıb.

Petro mümkün sui-qəsd cəhdi ilə bağlı məlumat barədə əlavə məlumat verməyib. Bununla belə, o, ABŞ Prezidenti Donald Trampa Kolumbiyada azad seçkiləri dəstəklədiyinə görə təşəkkür edib.

Qeyd edək ki, Kolumbiyada prezident seçkiləri mayın 31-də keçiriləcək. Petronun isə ikinci müddətə namizədliyini irəli sürmək hüququ yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
axar.az

1Источники