RU

Azərbaycan və Aİ arasında ikitərəfli sənədlər üzrə danışıqlar keçirilib (FOTO)

Bakı. Trend:

16 aprel tarixində Brüssel şəhərində Azərbaycan Respublikası iləAvropa İttifaqının nümayəndə heyətləri arasında yeni ikitərəflisaziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədiüzrə növbəti müzakirələrin aparılması məqsədilə görüşkeçirilib.

XİN-dən Trend-ə bildirilibki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müaviniYalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa XariciFəaliyyət Xidmətinin icraçı direktorunun müavini AudronePerkauskiene rəhbərlik edib.

Konstruktiv ruhda keçən müzakirələr hər iki sənəd üzrəmövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbətimərhələlərinin planlaşdırılmasına xidmət edib.

Görüşün yekununda danışıqların növbəti mərhələsinin iyun ayınınəvvəlində Bakıda keçirilməsinə qərar verilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində Xarici İşlər Nazirliyiilə yanaşı, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf vəNəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsinazirliklərinin, habelə Azərbaycan Respublikasının Prezidentiyanında Antiinhisar və İstehlak Bazarına Nəzarət DövlətAgentliyinin, Dövlət Gömrük Komitəsinin, Mərkəzi Bankın vəAzərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndələri yeralıb.

Səfər çərçivəsində, Yalçın Rəfiyev həmçinin AvropaKomissiyasının iqlim fəaliyyəti üzrə baş direktor müavini Yan Dusikvə ətraf mühit üzrə Baş Direktor müavini Patrik Çild ilə görüşlərkeçirib. Təmaslar zamanı iqlim fəaliyyəti və ətraf mühit sahəsindəAzərbaycan-Avropa İttifaqı dialoq formatının yaradılması, eləcə dəCOP prosesi, iqlim və ətraf mühitlə bağlı beynəlxalq təşkilatlarçərçivəsində irəli sürülmüş təşəbbüslər ətrafında fikir mübadiləsiaparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
27
30
az.trend.az

10Источники