RU

Anna Akopyan Paşinyanla bağlı

Anna Akopyan Paşinyanla münasibətlərinin kəsilməsinə baxmayaraq, qarşıdan gələn parlament seçkilərində ona səs verməyə çağırıb.

 

"İravunk" qəzetinin məlumatına görə, o, yaxın ətrafında olanlara açıq şəkildə Paşinyanın yenidən seçilməsini dəstəklədiyini bildirib və onlara da eyni addımı atmağı məsləhət görüb.

 

"Qoy Paşinyanla münasibətlərimiz sizin ona münasibətinizə təsir etməsin. Mən vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və birmənalı olaraq hazırkı Baş nazirə səs verəcəyəm", - deyə o bildirib.

 

Modern.az xatırladır ki, bu ilin fevralında Anna Akopyan sosial mediada uzun illər vətəndaş nikahında yaşadığı Baş nazir Nikol Paşinyanla ayrılmaq qərarına gəldiklərini elan etmişdi. Cütlüyün bu münasibətlərdən 4 övladı (3 qız, 1 oğlan) var.

 

Ermənistanda parlament seçkiləri isə iyunun 7-də baş tutacaq.

Избранный
43
senzor.az

1Источники