RU

İndoneziyada güclü zəlzələ baş verib

Bakı, 18 aprel, AZƏRTAC

İndoneziyanın Sulavesi adasında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, fəlakətin episentri 100 mindən çox insanın yaşadığı Sinabang şəhərindən 112 km cənub-şərqdə, ocağı isə 113 km dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Избранный
54
1
azertag.az

3Источники