RU

Emin Ağalarov: "Azərbaycan-Rusiya biznes-forumu hər il keçirilə bilər" -FOTO

Azərbaycan-Rusiya biznes-forumu hər il keçirilə bilər.

 

Senzor.az bildirir ki, bu təkliflə Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Emin Ağalarov bu gün Bakıda keçirilən şuranın iclasında çıxış edib.

 

"Ötən ilin sentyabrında "Sea Breeze Resort"ərazisində Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təşkil olunub. Tədbir çərçivəsində Rusiya, Çin, Bəhreyn, Qətər, BƏƏ və digər ölkələrdən olan şirkət nümayəndələri ilə işgüzar görüşlər keçirilib. Biz forumu hər il keçirilən tədbirə çevirməyi planlaşdırırıq. Bununla əlaqədar olaraq, Azərbaycan-Rusiya İşgüzar Şurası adından hər il "Sea Breeze"də Azərbaycan-Rusiya biznes-forumunun keçirilməsini təklif edirəm", - o deyib.

 

E. Ağalarov vurğulayıb ki, bu forumun mütəmadi təşkili ticarət əlaqələrinin möhkəmlənməsinə töhfə verə bilər: "Belə bir platforma sahibkarlar arasında dialoqun inkişafı və ikitərəfli iqtisadi əlaqələrin dərinləşməsi üçün faydalı olacaq". 

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilir. Tədbirdə iki ölkənin biznes və dövlət strukturlarının nümayəndələri iştirak edirlər. Şuranın həmsədrləri "Agalarov Development"in prezidenti Emin Ağalarov və "Delovaya Rossiya" ümumrusiya ictimai təşkilatının sədri Aleksey Repikdir.

 

Tədbir çərçivəsində Azərbaycan və Rusiyanın baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Aleksey Overçukun, həmçinin Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru, İşgüzar Şuranın sədr müavini Yusif Abdullayevin çıxışları planlaşdırılıb.

 

Bundan başqa, "Texnopolis "Ximqrad" SC və "Nekst-T" SC arasında "Nekst-T" şirkətinin rezidentliyi barədə niyyət sazişinin imzalanması nəzərdə tutulub.

Избранный
25
senzor.az

1Источники