RU

Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postundan qovuldu

Fransalı mütəxəssis Erve Renar ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının startına iki aydan az vaxt qalmış Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi postunu tərk edib.

KONKRET.az bu barədə “RMC Sport” nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, bu qərarı şəxsən ölkənin Futbol Federasiyasının prezidenti Yasser əl-Miseal qəbul edib. Baş məşqçinin çıxarılmasına səbəb komandanın son yoldaşlıq oyunlarındakı uğursuz nəticələri olub. Belə ki, səudiyyəlilər Serbiya (1:2), Misir (0:4) və Əlcəzairə (0:2) məğlub olublar.

Çıxarılmasını şərh edən Erve Renar bunları deyib: “Bu futboldur. Səudiyyə Ərəbistanı dünya çempionatına yeddi dəfə vəsiqə qazanıb ki, bunun da ikisi mənim rəhbərliyimlə olub. İndiyə qədər yalnız bir məşqçi komandanı həm turnirə çıxarıb, həm də final mərhələsində ona rəhbərlik edib – bu, 2022-ci ildə mən idim. Heç olmasa, bu qürur hissi məndə qalacaq”.//oxu.az

Избранный
39
1
konkret.az

2Источники