RU

İran XİN-dən açıqlama: Hörmüz üzrə razılaşma yoxdur

İranla ABŞ arasında Hörmüz boğazı ilə bağlı yeni bir razılaşmanın əldə edilmədiyi bildirilib.

Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Məlumata görə, İran XİN rəhbəri Abbas Araqçinın sosial şəbəkədə paylaşdığı tvit ayrıca razılaşma deyil, 8 aprel tarixli atəşkəs çərçivəsində verilmiş mesaj kimi qiymətləndirilib.

Açıqlamada vurğulanır ki, hazırda Hörmüz boğazından keçid məhz həmin atəşkəs razılaşmasına əsaslanır. Bununla belə, ABŞ tərəfindən blokadanın davam etdirilməsi halında İranın cavab tədbirləri görəcəyi diqqətə çatdırılıb.

İran XİN həmçinin qeyd edib ki, tərəflər arasında nüvə proqramı da daxil olmaqla ciddi fikir ayrılıqları qalmaqdadır və bu səbəbdən təcili, ciddi danışıqlara ehtiyac var.

Bildirilib ki, yaxın günlərdə atəşkəsin uzadılması ilə bağlı ilkin razılaşma əldə oluna bilər. Bu isə sanksiyaların ləğvi və hərbi itkilərə görə kompensasiyanın ödənilməsi istiqamətində danışıqlara zəmin yarada bilər.

Bununla yanaşı, rəsmi Tehran yekun anlaşmanın hələlik mövcud olmadığını xüsusi vurğulayıb.

 

Musavat.com

Избранный
34
35
musavat.com

10Источники