RU

ABŞ və İran yenidən masa arxasına keçə bilərlər: Təxmini tarix bilindi

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

ABŞ və İran arasında danışıqların, çox güman ki, bazar ertəsi - aprelin 20-də Pakistanda baş tutacağı bildirilir. Lakin görüş hələ rəsmi olaraq təsdiqlənməyib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ prezident administrasiyasının yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Donald Trampın danışıqlarla məşğul olan komandası gözləmə rejimindədir və görüşdə iştirak etməyə hazırdır.

Nəşr qeyd edir ki, ötən həftəsonu bir neçə raund danışıqlar aparılıb, lakin onlar münaqişəyə son qoya biləcək ciddi irəliləyişlə nəticələnməyib./Oxu.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
1
yenisabah.az

2Источники