RU

Trampdan İranla bağlı şok bəyanat: “Nüvə proqramı müddətsiz dayandırılacaq“

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp Tehranın öz nüvə proqramını müddətsiz dayandıracağını bəyan edib.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.

D.Tramp agentliyə verdiyi müsahibəsində İranın nüvə proqramına 20 illik moratoriumun tətbiq edilməsi barədə sualı cavablandırarkən deyib: "Bu, illərlə deyil, qeyri-məhdud (müddətsiz) olacaq".

Ağ Ev rəhbəri İranla tezliklə sazişin bağlanacağını gözlədiyini bildirib və sənədin əksər müddəalarının artıq razılaşdırıldığını vurğulayıb. Tehran tərəfi hələlik Donald Trampın iki ölkə arasındakı mümkün saziş barədə səsləndirdiyi bu fikirləri şərh etməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
3
moderator.az

4Источники